Gürcüstan baş nazirinin müavini İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefa verəcəyini istisna etməyib

Gürcüstan baş nazirinin müavini İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefa verəcəyini istisna etməyib
# 05 noyabr 2014 00:51 (UTC +04:00)

APA-nın “Qruziya Onlayn”-a istinadən verdiyi xəbərə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün müdafiə naziri İrakli Alasaniya tutduğu vəzifədən azad edib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.

İrakli Alasaniyanı istefaya göndərildikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.

Qeyd edək ki, Petriaşvilidən başqa Gürcüstan hökumətində hazırda İrakli Alasaniyanın komandasını təmsil edən daha iki nazir var – bunlar ədliyyə naziri Teya Tsulukiani və xarici işlər naziri Maya Pancekidzedir. Maya Pancekidzenin İrakli Alasaniyanın həyat yoldaşının bacısı olduğu bildirilir.

Gürcüstan mətbuatı qeyd edir ki, Alasiniyanın rəhbəri olduğu partiya “Gürcü arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə “Gürcü arzusu” 10 deputat mandatını və nəticədə olaraq parlamentə çoxluğu itirmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR