FHN Akademiyasında Konstitusiya gününə həsr olunmuş toplantı keçirilib - FOTO

FHN Akademiyasında Konstitusiya gününə həsr olunmuş toplantı keçirilib - <span style="color: red;">FOTO
# 12 noyabr 2014 11:25 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş toplantı keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə açan FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə on doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı tarixi seçimini edərək ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycanın müstəqillik illərində ilk Konstitusiyasını qəbul edib.

FHN Akademiyasının müəllimləri “Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin şah əsəridir” və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər ölkədə demokratiyanın inkişafına xidmət edir” mövzularında məruzələr ediblər.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunan videoçarxın nümayişi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR