Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın Şahin Qələndərova məxsus fərdi yaşayış evində baş verib. Yanğın zamanı 2013-cü il təvəllüdlü Qələndərov Günay Şahin qızı yanaraq ölüb.
Yanğının səbəbləri araşdırılır.
***
11.46
Şəmkirdə güclü yanğın baş verib, bir nəfər ölüb
Şəmkir. Azər Məmmədli – APA. Şəmkirin Cinarlı qəsəbəsindəki yaşayış evində güclü yanğın baş verib. Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində baş verib. Hazırda yanğınsöndürənlər 3 yanğınsöndürən avtomobilin köməyi ilə hadisə yerində çalışırlar. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir. Bir azyaşlının yanğın nəticəsində öldüyü bildirilir.