APA-nın hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi gecə saatlarında Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı, 10 CT 665 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində ölən qadının şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.