Almaniya XİN başçısı: "Moskvaya səfərimdən xüsusi nəticələr gözləmirəm"

Almaniya XİN başçısı: "Moskvaya səfərimdən xüsusi nəticələr gözləmirəm"
# 18 noyabr 2014 11:40 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Moskvaya səfərindən xüsusi nəticələr gözləmədiyini bəyan edib.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, F. Ştaynmayer bildirib ki, bu səfər konkret nəticələr əldə olunan danışıqlardan fərqlənir.

O qeyd edib ki, danışıqlar zamanı rusiyalı həmkarı ilə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də İranın nüvə proqramını müzakirə edəcək.

“Nə qədər ki, Rusiya və Qərb, Rusiya və ABŞ arasında ciddi münaqişə davam edəcək, o vaxtadək BMT Təhlükəsizlik Şurasının iş qabiliyyəti şübhə altında qalacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR