DİN Göyçayda iş adamının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb

DİN Göyçayda iş adamının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb
# 14 avqust 2014 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Göyçayda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında, oranın sahibi Sahib Abbasovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Göyçay Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR