2014-cü ildə Azərbaycanın cənub bölgəsində 63 QİÇS xəstəsi aşkarlanıb

2014-cü ildə Azərbaycanın cənub bölgəsində 63 QİÇS xəstəsi aşkarlanıb
# 05 dekabr 2014 11:22 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu ilin 11 ayı ərzində Azərbaycanın cənub bölgəsində 63 QİÇS xəstəsi aşkalanıb. Onlardan 27 nəfər Lənkəran rayonunun sakinidir.

Bu barədə APA-nın cənub bürosuna məlumat verən Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional laboratoriyasının müdiri Rəmiəli İbişov bildirib ki, ötən 14 il müddətində cənub bölgəsinin Lənkəran, Astara, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında QİÇS-ə 812 yoluxma faktı qeydə alınıb.

Təkcə Lənkəran rayonu üzrə 350 QİÇS xəstəsi aşkarlanıb ki, onlardan 81 nəfər dünyasını dəyişib. Ölənlərdən 4 nəfər 5 yaşadək olan uşaqlar olub.


R. İbişovun sözlərinə görə, QİÇS-ə yoluxma əsasən parenteral yolla baş verir: “Xəstəliyə tutulanlar arasında narkotik maddələrin istifadəçiləri çoxluq təşkil edir. Həmin şəxslər qeyri-steril şprislərlərdən istifadə etdikdən sonra onları dostlarına, yoldaşlarına verirlər. Son nəticədə isə sağlam insanlar bu sağalmaz xəstəliyə yoluxurlar. Xəstələrin 20 faizini qadınlar, əksər hissəsini isə 30-40 yaşlı şəxslər təşkil edir”.

Laboratoriya müdiri həmçinin qeyd edib ki, QİÇS əsasən miqrantlar arasında yayılmış xəstəlik olduğuna görə, 3 aydan çox respublikadan kənarda yaşayan şəxslərin, o cümlədən xarici vətəndaşların laboratoriya müayinəsindən keçmələri zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR