Gürcüstan parlamentinin sədri Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin nümayəndələrini qəbul edib

Gürcüstan parlamentinin sədri Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin nümayəndələrini qəbul edib
# 28 noyabr 2014 20:56 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb. Gürcüstan parlamentinin sədri David Usupaşvili görüşü müsbət qiymətləndirib və bu tədbirlərin üç ölkənin gələcək dostluğunun daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov üç ölkənin parlament nümayəndələrinin 2-ci görüşünün keçirildiyini bildirib: "Biz birlikdə güclüyük. Belə görüşlər ölkələrimiz arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcək." TBMM-nin xarici əlaqələr komitəsinin sədri Əhmət Berat Batumidə keçirilən görüşün səmərəli olduğunu və Türkiyənin Gürcüstan və Azərbaycan ilə sıx strateji əlaqələri olduğunu vurğulayıb: " Biz üçüncü görüşü Ankarada keçirməyi qərara aldıq. Ölkələrimiz arasında olan əməkdaşlığın səviyyəsinin yüksəlməsi regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bizim üçün ümumi məsələlərin inkişaf etdirilməsi, həmçinin energetika, ticarət və iqtisadi və insanlar arasında mədəni münasibətlərin inkişaf etdirilməsi vacibdir. Mən inanıram ki, bizim tərəfdaşlığımız regionun sabitliyinə xidmət edəcək," Ə. Berat bildirib.

Görüşdə Gürcüstan parlamentinin iqtisadi əlaqələr komitəsinin sədri Tedo Caparidze, Gürcüstan və Azərbaycan, Türkiyə parlamentlərinin deputatları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR