ICANN Azərbaycanda milli domenlərin iki dəfə artacağını proqnozlaşdırır

ICANN Azərbaycanda milli domenlərin iki dəfə artacağını proqnozlaşdırır
# 12 sentyabr 2014 08:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva-APA-Economics. İnternetdə domen adlarının və zonalarının ayrılmasını həyata keçirən beynəlxalq korporasiya (Internet Corporation for Assigned Names and Number – ICANN) Azərbaycanda milli domenlərin iki dəfə artımını proqnozlaşdırır.

APA-Economics”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ICANN-ın Rusiya, Şərqi Avropa, MDB ölkələri üzrə vitse-prezidenti Mixail Yakuşevin bldirib.

Onun sözlərinə görə, hazırda 10 milyonluq əhaliyə malik olan ölkədə 22 mindən yuxarı domenin qeydiyyatdan keçməsi az olsa da, ümumi artım templəri nəzərə alındıqda gələcəkdə vəziyyət müsbətə doğru dəyişəcək.

“Hazırda bütün dünya üzrə internetin sürətli inkişafı sonda internetin kommunal xidmət səviyyəsində göstərilən bir xidmətə çevrilməsinə gətirib çıxaracaq. Azərbaycanda internetin inkişafı sahəsində gözlənilən inkişaf, o cümlədən Bakıda və regionlarda bütün ictimai yerlərin “Wi-Fi” şəbəkəsi ilə əhatə edilməsi ilə bağlı planlar, tibb, təhsil, sənəd qeydiyyat sahələrində internet üzərindən göstərilən xidmətlərin çeşidinin artırılması nəticədə yeni saytların yaradılmasına və yeni domenlərin qeydiyyatına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, çox yaxın zamanda ölkədə qeydiyyatdan keçmiş domenlərin sayı iki dəfə artacaq”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR