Azərbaycanda həbs edilmiş şəxs barədə dərhal qohumlarına və müvafiq təşkilatlara məlumat verilməsi proseduru dəyişib

Azərbaycanda həbs edilmiş şəxs barədə dərhal qohumlarına və müvafiq təşkilatlara məlumat verilməsi proseduru dəyişib
# 25 oktyabr 2014 16:08 (UTC +04:00)

APA-nın məlumatına görə, mövcud qaydaya əsasən, həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə, sonradan isə həftədə iki dəfə 15 dəqiqəyədək müddətinə telefonla danışmaq hüququna malikdirlər.

Eyni zamanda istintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsin qocalığı, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz. Dəyişikliyə əsasən, bundan sonra həbs edilmiş şəxsin yetkinlik yaşına çatmaması halında istintaq təcridxanasının müdiriyyəti onun həbs edilməsi barədə məlumatı öz təşəbbüsü ilə həmin şəxsin yaxın qohumları və qanuni maraq doğuran şəxslərə verə biləcək.

Digər dəyişiklik əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həbsi ilə bağlıdır. İndiyə qədər əcnəbi və vətəndaşlığı olmayan həbs edilmiş şəxslər istintaq təcridxanasına gətirilmələri barədə vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına, habelə həmin şəxslərə himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat vermək imkanı ilə təmin olunublar. Dəyişikliyə əsasən, bundan sonra əcnəbi və vətəndaşlığı olmayan həbs edilmiş şəxslər istintaq təcridxanalarına gətirilmələri barədə həmin şəxslərə himayədarlığı öz üzərinə götürmüş milli təşkilatlara da dərhal məlumat vermək imkanı ilə təmin olunacaqlar.

Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR