Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 noyabr 2014 07:46 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv/m sahəni əhatə edib.

Həyata keçirilən tədbirlər nəticəsində şagirdlər təxliyə olunub və yanğın söndürülüb. Xəsarət alan yoxdur.

***

10.41

Bakı. Fuad Cəfərov – APA. Bakıda məktəbdə yanğın başlayıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.

Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.

Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR