DİN Bakıda qan düşmənçiliyi zəmində baş verən silahlı insident barədə məlumat yayıb

DİN Bakıda qan düşmənçiliyi zəmində baş verən silahlı insident barədə məlumat yayıb
# 02 oktyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda qan düşmənçiliyi zəmində baş verən silahlı insident barədə məlumat yayıb.

APA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 1-də Binəqədi rayonu A.Gəraybəyli küçəsində Ağdam rayon sakini Hicran Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, həmyerliləri Rövşən Əliyevə və onun oğlu Ayxana ayaq nahiyələrindən xəsarət yetirib, daha sonra hadisə yerini tərk edib.

H.Səfərov və Ayxan xəstəxanaya yerləşdirilib. Hadisə yerindən 2 ədəd giliz götürülüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR