APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası seçki protokollarının 81,30 faizinin hesablanmasından sonra məlumat verib.
Nəticələrə görə, daha beş partiya Ali Radada təmsil olunacaq. Bunlar prezident Pyotr Poroşenkonun bloku (21,61%), “Özünəyardım” (“Samopomoş”) Birliyi (11,03%), “Müxalifətçi blok” (9,52%), Radikal Partiya (7,43%) və “Batkivşina” (5,69%) partiyasıdır.
Xatırladaq ki, Ukraynada oktyabrın 26-da növbədənkənar parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 52%-i iştirak edib.