Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalanıb - FOTO

Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 02 sentyabr 2014 13:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “Hədəf” Mərkəzinin açılış mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə DGK sədri Aydın Əliyev, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak ediblər.

“Hədəf” Mərkəzi Dövlət Gömrük Komitəsi və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Məqsəd hava nəqliyyatında gömrük işini müasir texnologiyalar əsasında qurmaqla, qaçaqmalçılıqla mübarizəni gücləndirmək və hədəfləri müəyyənləşdirməkdir. Bu Mərkəz Heydər Əliyev Beynəlxalq Hava Limanı, eləcə də Gəncə, Lənkəran və Qəbələ hava limanlarını əhatə edəcək, hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Bundan başqa, “Hədəf ” Mərkəzində Azərbaycan ərazisindən keçən tranzit, idxal və ixrac yükdaşımalarında iştirak edən bütün nəqliyyat vasitələrinə də nəzarət olunacaq.

A. Əliyev diqqətə çatdıdıb ki, Azərbaycan Gömrük Xidmətinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı 1999-cu ildən başlayıb: “Bu əməkdaşlıq indiyədək gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi işinə öz töhfəsini verib”.

Sonra BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek çıxış edərək Mərkəzin yaradılmasını gömrük işinin asanlaşdırılması və təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir addım olduğunu, bu layihənin regionun digər dövlətləri üçün də faydalı ola biləcəyini vurğulayıb.

Sonda Azərbaycan Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalanıb. Sənədi DGK sədri A. Əliyev və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi A. Broek imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR