Filippində 4,7 bal gücündə zəlzələ olub

Filippində 4,7 bal gücündə zəlzələ olub
# 04 dekabr 2014 03:21 (UTC +04:00)

Bakı-APA. Dekabrın 4-ə keçən gecə Filippinin cənub sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Qərbi Davao əyalətində, Saranqani şəhərindən 159 km cənub-şərqdə, ocağı isə 95 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR