Bakıda orta məktəbdə dava olub, xəsarət alan var

Bakıda orta məktəbdə dava olub, xəsarət alan var
# 13 oktyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda orta məktəb şagirdləri arasında dava düşüb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb.

B. Cəbrayılov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

274 saylı orta məktəbin direktoru Atakişi Cəfərov APA-ya bildirib ki, tənəffüs zamanı iki şagird arasında münaqişə yaranıb. Münaqişə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR