Aleksandr Lukaşenko Belarus yazıçılarını kəskin tənqid edib

Aleksandr Lukaşenko Belarus yazıçılarını kəskin tənqid edib
# 23 oktyabr 2014 16:33 (UTC +04:00)

Bakı - APA. Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə böyük əsərlər yaranmadığına görə yazıçıları kəskin tənqid edib.

APA-nın BELTA-ya istinadən xəbərinə görə, ədəbiyyat xadimləri ilə görüşündə prezident bildirib ki, azadlıq nəinki böyük ədəbiyyat doğurmayıb, hətta ədəbi camiəni darmadağın edib.

Onun sözlərinə görə, sovet dövründən fərqli olaraq, indi heç kim nəyi necə yazmağı diktə etmir: “Əgər diktə edirsə, zəhmət olmasa açıqlayın. Senzura və çap mətbuatında dövlət inhisarı tarixdə qaldı. Əgər belə deyilsə, mənə bu barədə məlumat verin”.

Dövlət başçısı yazıçılardan son 20-30 ildə “Hərb və sülh” kimi əsrlərin meydana çıxmamasının səbəbini soruşub: “Bu nədir? İstedadların olmaması? Yoxsa kitabın başlıca informasiya mənbəyi olmadığı obyektiv həyat şərtləri?”

Qeyd edək ki, yanvarda A.Lukaşenko ölkədə Lev Tolstoy səviyyəsində istedadların olmamasına görə yazıçıların əvəzinə utandığını deyib: “Mən utandığımdan ağlayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR