Kreml: Putin telefon danışığı zamanı Poroşenkoya hədə-qorxu gəlməyib

Kreml: Putin telefon danışığı zamanı Poroşenkoya hədə-qorxu gəlməyib
# 27 noyabr 2014 12:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub. Ukrayna mətbuatının yazdığına görə, Vladimir Putin telefon danışığı zamanı ukraynalı həmkarına ultimatum verib və onu hədələyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məlumatı təkzib edib.

O bildirib ki, dünən Ukrayna tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Pyotr Poroşenko arasında telfon danışığı olub: "Prezidentlər ikitərəfli münasibətləri və Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Ukrayna mətbuatının yazdığı isə həqiqətə uyğun deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR