Polşada yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var

Polşada yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var
# 24 oktyabr 2014 02:09 (UTC +04:00)

Bakı-APA. Polşanın Katovitse şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir ailənin 3 üzvü ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

İnsident qaz sızması nəticəsində baş verib. Dağıntılar altında qalmış şəxslərin xilas edilməsi üçün aparılan əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR