Kəpəz polisi top mərmisi tapıb

Kəpəz polisi top mərmisi tapıb
# 25 oktyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Kəpəz rayonunda top mərmisi tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Tağı Arani küçəsindəki məişət tullantıları arasında 1 ədəd top mərmisi aşkarlanıb.

Mərmi zərərsizləşdirilməsi üçün ANAMA-nın əməkdaşları tərəfindən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR