Nazir müavini: "Gələn il Azərbaycanda inflyasiya 2,3% səviyyəsində proqnozlaşdırılır"

Nazir müavini: "Gələn il Azərbaycanda inflyasiya 2,3% səviyyəsində proqnozlaşdırılır"
# 05 noyabr 2014 06:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsi aşağı olacaq.

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.


S.Həsənova deyib ki, Azərbaycanda makroiqtisabitlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Nazir müavini qeyd edib ki, gələn il də inflyasiya səviyyəsi 2,3% həcmində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR