Ukraynada separatçılar tərəfindən öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilib

Ukraynada separatçılar tərəfindən öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilib
# 07 noyabr 2014 12:05 (UTC +04:00)

R. Qasımovun qardaşı, Krasnıy Luç Azərbaycan Cəmiyyətinin sədri Rəşid Qasımov APA-ya açıqlamasında bildirib ki, mərhumun meyiti uzun danışıqlardan sonra oktyabrın 29-da silahlıların nəzarətində olan ərazidə qəbirdən çıxarılaraq Azərbaycana gətirilib.

O qeyd edib ki, qardaşının meyitinin qalıqları doğulduqları Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.

Qeyd edək ki, R. Qasımov bu ilin avqustun 4-də axşam saatlarında silahlıların onun evinə basqını zamanı öldürülüb. Onun qardaşları ilə birgə Luqansk vilayətində iri fermer təsərrüfatı olub və Krasnıy Luçda Azərbaycan Cəmiyyətini yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR