Bakı V Avropa Film Festivalı başa çatıb

Bakı V Avropa Film Festivalı başa çatıb
# 10 noyabr 2014 11:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı V Avropa Film Festivalı başa çatıb.

APA-nın məlumatına görə, Avropa Film Festivalı proqramında 16 ölkədən - Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıqdan müasir filmlər nümayiş olunub.

Festival çərçivəsində rejissor Elçin Musaoğlunun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filmi də nümayiş olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və “Park Cinema”nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR