Azərbaycanla Belarus iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasına hazırlığı müzakirə edib

Azərbaycanla Belarus iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasına hazırlığı müzakirə edib
# 15 noyabr 2014 08:29 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

APA-nın Belarus Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

Həmçinin kənd təsərrüfatı, tikinti və digər sahələrdə birgə layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Belarus-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR