“RoyalBank”ın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

“RoyalBank”ın vəzifəli şəxslərinin  cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
# 21 noyabr 2014 12:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Proses dekabrın 4-də davam etdiriləcək.

İttihama görə, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhər sakinini aldadıb guya bankda sonuncunun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirib.


O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməsinə, bundan başqa filialın kredit mütəxəssisi Arif Hacıqurbanov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhər sakinin şəxsiyyət vəsiqəsinin surətindən və əmək haqqı barədə qanunsuz hazırladığı rəsmi sənəddən istifadə edərək sonuncunun adına 5 min 100 ABŞ dolları kredit rəsmiləşdirərək xeyli miqdarda özgə əmlakını ələ keçirib.

Bankın keçmiş əməkdaşları Natiq Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), Arif Hacıqurbanov 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), Rövşən Qasımov 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR