Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ötən eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
Bu ilin 11 ayı ərzinndə isə 20,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,2% artıqdır.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.