Ombudsman Aparatı: Araşdırma zamanı müəyyən olunub ki, Leyla Yunus həkimlərin xidmətindən imtina edib

Ombudsman Aparatı: Araşdırma zamanı müəyyən olunub ki, Leyla Yunus həkimlərin xidmətindən imtina edib
# 08 dekabr 2014 11:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüşüblər.

Araşdırma zamanı müəyyən olunub ki, L. Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR