Ərdoğan: yeni qaz kəməri “Türk axını” adlanacaq

Ərdoğan: yeni qaz kəməri “Türk axını” adlanacaq
# 10 dekabr 2014 22:10 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Rusiya prezidenti Vladimir Putinin təklifinə əsasən, yeni qaz kəməri “Türk axını” adlana bilər. Qaz kəməri Qara dənizin altı ilə Yunanıstan sərhədinə qədər uzadılacaq. Türkiyə ilə Avropa lazım olduğu həcmdə qaz alacaq. Beləliklə, Türkiyə regionun enerji qovşağına çevriləcək”, deyə Ərdoğan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR