Əfqanıstanda 29 “Taliban” üzvü məhv edilib

Əfqanıstanda 29 “Taliban” üzvü məhv edilib
# 12 dekabr 2014 19:50 (UTC +04:00)

Bakı – APA. Əfqanıstanda son sutka ərzində “Taliban” hərəkatının 29 üzvü məhv edilib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin şərqindəki Nənqarxar əyalətində yerli güc strukturları tərəfindən 17 talib öldürülüb. Daha 16 nəfərin yaralandığı və yaxud həbs edildiyi bildirilir.

Parvan əyalətində isə NATO-ya məxsus pilotsuz təyyarə ən azı 12 terrorçunu məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR