“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror aktları və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror aktları və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 13 avqust 2014 14:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış ediblər. İş üzrə təqsirləndirilən Mehdi Padarov ona qarşı irəli sürülən ittihamla özünü təqsirkar bilməyib. Proses sabah Samir Sanıyevin çıxışı ilə davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirib. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR