Nazir: İlin sonuna kimi Azərbaycan əhalisi 100% rəqəmsal televiziya siqnalı ilə təmin olunacaq - VİDEO

Nazir: İlin sonuna kimi Azərbaycan əhalisi 100% rəqəmsal televiziya siqnalı ilə təmin olunacaq - <span style="color: red;">VİDEO
# 27 avqust 2014 10:47 (UTC +04:00)

Quba. Vəli Turan - APA. İlin sonuna kimi Azərbaycan əhalisi 100% rəqəmsal televiziya siqnalı ilə əhatələnəcək.

APA-nın şimal bürosunun məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan üzrə rəqəmsal televiziya proqramlarına çıxış təxminən 95-96%-dir: “Bizim məqsədimiz vətəndaşların müasir rəqəmli televiziyaya çıxışını təmin etməkdir. Bu da bizim proqrama əsasən ilin sonuna kimi həyata keçiriləcək. Əgər biz buna nail ola bilsək onda Azərbaycan 2015-ci il yanvar ayının 1-dən artıq Avropada analoq efiri ilə vidalaşan 15-20 inkişaf etmiş ölkədən biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR