Azərbaycanda müəllimlərin işə qəbulu ilə əlaqədar əlavə yerləşdirmə başa çatır

 Azərbaycanda müəllimlərin işə qəbulu ilə əlaqədar əlavə yerləşdirmə başa çatır
# 29 avqust 2014 07:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başa çatır. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu prosesə avqustun 25-dən başlanılıb və bu gün yekunlaşacaq.

Namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu bu gün saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-i Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR