Valeh Ələsgərov Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

Valeh Ələsgərov Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb
# 03 oktyabr 2014 13:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri, xanım Qabriela Kuevas Barron ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Ələsgərov görüşdə bildirib ki, məsafə etibarilə uzaq olan iki ölkənin ən müxtəlif sahələrdə əməkdaşlıq etməsi üçün böyük imkanlar var.

O, gələcəkdə həmin imkanlardan səmərəli istifadə olunacağına ümid ifadə edib.

Q. K. Barron IV Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar xoş təəssüratlarını bölüşüb. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Söhbət zamanı ölkələr və parlamentlər arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR