Masallıda evdən oğurluq edən şəxslər tutulub - VİDEO

Masallıda evdən oğurluq edən şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2014 11:31 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı polisi oğurluq faktında şübhəli bilinən iki nəfər rayon sakinini saxlayıb. Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Babaser kənd sakini, 19 yaşlı Yasəf Yasər oğlu Boyliyev həmkəndlisi, 20 yaşlı İlqar Məmmədyar oğlu Nəsirovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədi ilə gecə saatlarında dayısı arvadı, Masallının Çayqıraq kənd sakini, 48 yaşlı Gülayə Soltan qızı Həsənovanın evinə daxil olaraq sandığın içərisindən 6000 ABŞ dollarını oğurlayıblar.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, saxlanılan şəxslərin digər oğurluq faktlarında iştirakının olub-olmadıqları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR