Bakı. Zümrüd Paşayeva – APA. “İranın nüvə proqramı ilə bağlı razılaşma vaxtında əldə oluna bilər”.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani deyib.
O, “böyük altılıq” ölkələri ilə danışıqların davam etdiyini və noyabrın 24-dək razılaşmanın əldə oluna biləcəyini bildirib.
“Biz deyə bilmərik ki, müzakirələr asan gedir. Lakin ilkin nəticələr onu göstərir ki, tərəflər uğurlu saziş imzalaya bilər”, - deyə o vurğulayıb.
Həsən Ruhani: “İranın nüvə proqramı ilə bağlı razılaşma vaxtında əldə oluna bilər”
23 oktyabr 2014 13:57 (UTC +04:00)