Şamaxıda fərdi yaşayış evi yanıb

Şamaxıda fərdi yaşayış evi yanıb
# 17 oktyabr 2014 21:39 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə oktyabrın 17-də gecə saat 23:30 radələrində rayonun Sabir qəsəbəsində qeydə alınıb.

Kənd sakini 1970-ci il təvəllüdlü Əsgərov Vidadi Mövlan oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 90 kvadratmetr olan ev və içindəki əşyalar yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR