Paris Azərbaycan Evinin sədrinin Fransa Parlamentində ermənilər tərəfindən döyülməsi ilə bağlı yenidən istintaq başlanıb

Paris Azərbaycan Evinin sədrinin Fransa Parlamentində ermənilər tərəfindən döyülməsi ilə bağlı yenidən istintaq başlanıb
# 04 sentyabr 2014 13:02 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva bildirib.

O qeyd edib ki, onun şikayəti əsasında əvvəl ermənilərin təzyiqi ilə bağlanan istintaq işi yenidən başladılıb və hazırda istintaq gedir: “Burada sistem fərqlidir. Hakimin nəzarəti altında hazırda istintaq gedir. Mənim işimi Paris məhkəməsinin hakimi Quantin Dandoy aparır. Hazırda istintaq çərçivəsində videomateriallar yoxlanılır, şahidlər dindirilir və digər işlər aparılır. İş başa çatdıqdan sonra yenidən məhkəmə təyin olunacaq”.

Qeyd edək ki, ötən il fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək, bu gün Xocalı soyqırımının 21-ci ildönümünün tamam olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək, Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək, onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər. Bununla bağlı Paris prokurorluğunda cinayət işi açılsa da, iş yetərli sübut tapılmaması səbəb göstərilməklə bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR