Bu il Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olan vəsaitin həcmi 8% artıb

Bu il Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olan vəsaitin həcmi 8% artıb
# 13 oktyabr 2014 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 mlrd. 346 mln. 762,8 min manat təşkil edib.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin 9 ayı ilə müqayisədə 7,98% artım deməkdir.

Bu məbləğin 32,4%-i mənfəət vergisinin, 28%-i əlavə dəyər vergisinin, 13,2%-i fiziki şəxslərin gəlir vergisinin, 10,9%-i aksizlərin, 15,5%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 mlrd. 130 mln. 10,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% çoxdur.

Hesabat dövründə respublika üzrə 61 181 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 346 vergi ödəyici və ya 11,6% çoxdur. Oktyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 591 178-ə çatıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR