Sabah Bakıda «HİV/AİDS və iş dünyası» adlı konfrans keçiriləcək

Sabah Bakıda «HİV/AİDS və iş dünyası» adlı konfrans keçiriləcək
# 22 sentyabr 2008 12:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Sentyabrın 23-də Bakıda «HİV/AİDS və iş dünyası» adlı konfrans keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, konfrans ASK və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən icra edilmiş HİV/AİDS layihəsinin yekun nəticələrinə həsr olunub. Konfransda BƏT-in AİDS-ə qarşı Mübarizə Departamentinin direktoru Sofiya Kistinqin rəhbərlik etdiyi nümayəndə heyəti, müvafiq hökumət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri və işəgötürənlər iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR