Xəzəryanı ölkələrin növbəti iqtisadi konfransı Həştərxanda keçiriləcək

Xəzəryanı ölkələrin növbəti iqtisadi konfransı Həştərxanda keçiriləcək
# 04 fevral 2009 09:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu il Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin növbəti iqtisadi konfransı keçiriləcək. APA-nın məlumatına görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşündə müzakirə olunub. Görüşdə həmçinin yaradılması nəzərdə tutulan Xəzəryanı ölkələrin iqtisadi təşkilatının baş qərargahının Həştərxanda yerləşməsi məsələsi də müzakirə olunub. Xatırladaq ki, Xəzəryanı ölkələrin ilk iqtisadi konfransı da Həştərxanda 2008 il oktyabrın 3-də keçirilib. Həmin tədbirdə Rusiya Xəzəryanı ölkələrin iqtisadi təşkilatını yaratmaq təşəbbüsü ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR