Xanımı: “Hüseyn Dəryanın harada dəfn olunacağı hələ dəqiqləşməyib” - FOTOSESSİYA

Xanımı: “Hüseyn Dəryanın harada dəfn olunacağı hələ dəqiqləşməyib” - <span style="color: red;">FOTOSESSİYA
# 15 mart 2014 11:49 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında bu gün dünyasını dəyişən tanınmış reper Hüseyn Dəryanın xanımı Sona Muradova deyib. Onun sözlərinə görə, reperin harada dəfn olunacağı da müəyyənləşməyib: “Biz qohumlarla, dostlarla məsləhətləşəndən sonra nə isə deyə bilərik. Amma vida mərasimini bacısının evində edəcəyik”.

Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol- nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə ağır xəsarətlər alan H. Dərya bu gün səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR