Bakı Dairəvi yolunda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakı Dairəvi yolunda iki avtomobil toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 avqust 2014 02:36 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə yolun Lökbatan qəsəbəsi istiqamətində gedən hissəsində qeydə alınıb.

Qalib Əliyevin yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Telman Ələsgərovun idarə etdiyi "VAZ-2105" markalı avtomobilə çırpılıb. Sürət yüksək olduğundan, zərbədən sonra "Mercedes" yolun kənarındakı işıq dirəyinə də dəyib. Dirək yerindən qopub, maşın isə bir neçə metr aralıya düşüb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Maşınlardan biri kanala, digəri isə yoldan bir neçə metr kənara düşdüyündən, onların evakuasiyası çətinlik yaradıb. Yol Patrul Xidmətinin əməkdaşları Dairəvi yolda avtomobillərin hərəkətini müvəqqəti dayandırmalı olublar:

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR