Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində tədbir keçirib

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində tədbir keçirib
# 17 aprel 2013 16:56 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Sağlam ailə sağlam gələcəyin təminatıdır” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində (TTM) tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Dövlət Komitəsinin əməkdaşları, psixoloqlar, TTM-in şəxsi heyəti və orada təhsil alan gənc zabitlər iştirak ediblər.

Tədbirdə çıxış edən dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva layihənin əhəmiyyətindən danışıb. O, qloballaşan Azərbaycan mühitində milli-mənəvi və ailə dəyərlərinin qorunmasına zərurət yarandığını vurğulayıb və analoji tədbirlərin Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlarla da birgə təşkil olunduğunu deyib.

Sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, psixoloq Elnur Rüstəmov, TTM rəis müavini polkovnik Saleh Kələntərov çıxış ediblər.

Tədbirdə hərbi qulluqçulara ailə mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunması, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, nikah müqaviləsinin əhəmiyyəti, gənclərin psixoloji durumuna təsir edən amillər mövzusunda məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR