Rusiya xarici işlər nazirinin müavini ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib

Rusiya xarici  işlər nazirinin müavini ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib
# 19 yanvar 2012 23:21 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Rusiya XİN-in məlumatında deyilir ki, “konstruktiv ruhda keçirilən görüşdə Cənubi Qafqaz problemləri, Dnestryanı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərində Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub”. Bununla yanaşı görüşdə iki tərəfi maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bildirilir ki, həmin gün Karasin Vaşinqtonda Rusiyanın qonşu dövlətlər ilə münasibətləri üzrə bir neçə mütəxəssislə görüşüb.
Bunlar Brukins Univerditetin eksperti Fiona Hill, Corctaun Universitetindən Ancela Stent və ABŞ Milli hərbi kollecdən Uilyam Hilldir.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya XİN-in rəhbəri Serqey Lavrov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik səylərini davam etdirməyi planlaşdırdığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR