Göyçay çayında 21 yaşlı oğlan bataraq ölüb

Göyçay çayında 21 yaşlı oğlan bataraq ölüb
# 21 iyul 2012 11:31 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayon sakini suda boğularaq ölüb. APA-nın məlumatına görə, Göyçay şəhər sakini, 1991-ci il təvəllüdlü Nurməmmədov Nurlan Kamal oğlu Göyçay çayında çimərkən boğulub. Digər suda boğulma hadisəsi isə rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini Bulut Xəlilov su arxında çimərkən boğularaq ölüb. Hər iki şəxsin meyidi tapılaraq ailəsinə təhvil verilib. İyulun 9-da rayonun Şəhadət kəndindən keçən Yuxarı Şirvan kanalında batan 1969-cu il təvəllüdlü Natiq Ələkbərovun meyidinin axtarışları hələ də davam etdirilir. Hər üç faktla Göyçay rayon Prokuruluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR