Dağıstanda “Xasavyurt” silahlı qruplaşmasının üzvü öldürülüb

Dağıstanda “Xasavyurt” silahlı qruplaşmasının üzvü öldürülüb
# 12 oktyabr 2013 23:11 (UTC +04:00)

Bakı-APA. Dağıstanda keçirilmiş xüsusi əməliyyat nəticəsində “Xasavyurt” terrorçu-diversiya qruplaşmasının üzvü öldürülüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Şimali Qafqaz federal dairəsi üzrə Baş İdarəsinin açıqlamasında deyilir.

Məlumata görə, əməliyyat Xasavyurtda keçirilib. Məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları şübhəli şəxsin olduğu avtomobili saxlamağa cəhd edərkən o avtomat silahdan atəş açıb və cavab atəşi ilə öldürülüb.

Öldürülən şəxs 1975-ci il təvəllüdlü Xizriyev Aznavurdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR