Şamaxı. Zahid Abışov – APA. Şamaxıda bıçaqlaşma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün şəhərin C. Cabbarlı küçəsi ev 46 ünvanında qeydə alınıb.
Şamaxı rayon sakini, 1981-ci il təvəllüdlü Şaiq Mustafayev qaynı, 1982-ci il təvəllüdlü İlqar Xələtovu aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə bıçaqlayıb.
İ. Xələtov Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Mustafayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.