Azərbaycan diplomatları hələ də Orxan Zeynalovla görüşə bilməyiblər - YENİLƏNİB

Azərbaycan diplomatları hələ də Orxan Zeynalovla görüşə bilməyiblər - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2013 13:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Azərbaycan Rusiyaya ikinci dəfə nota verib. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan diplomatları hələ də Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə bilməyiblər.

Bu səbəbdən Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı təkrar nota göndərib.

Bundan başqa, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR