Qadın sürücü paytaxtda qəza törədib - FOTOSESSİYA - VİDEO

Qadın sürücü paytaxtda qəza törədib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 31 may 2014 23:07 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Yasamal rayonunda 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə «Alov Qüllələri»nin yaxınlığında qeydə alınıb. Qadın sürücü idarə etdiyi "Honda" markalı avtomobillə əvvəlcə dayanacaqda dayanan "London taksi"sini, daha sonra isə "VAZ 2109"u vurub. İdarəetməni itirən sürücü maşını yaxınlıqdakı binanın mühafizə köşkünə çırpdıqdan sonra dayandıra bilib. Zərərçəkən sürücü Şamil Əliyevin sözlərinə görə, qəza qadın sürücünün diqqətsizliyi ucbatından baş verib.

Qəza ilə bağlı yolda sıxlıq yarandığından avtomobillər evakutaor vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR