Azərbaycan prezidenti İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri ilə görüşüb - FOTO

Azərbaycan prezidenti İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 09 aprel 2014 13:49 (UTC +04:00)

Bakı – APA. Tehranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə prezident İ. Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib, Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulanıb.

Səfər zamanı aparılan müzakirələrin əlaqələrin daha da genişlənməsində mühüm rol oynayacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR